Hələ də Ermənistandan məlumat yoxdur - Hikmət Hacıyev

09:28 12.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təəssüflə qeyd edirik ki, hələ də Ermənistanın nümayəndə heyəti COP-29-da iştirakla bağlı cavab verməyib.

Hata.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bütün tərəflərə dəvət göndərilib: “Burada 198 tərəf iştirak edir. Azərbaycan tərəfi Konvensiyanın üzvü olan bütün tərəflər üçün şərait yaradıb. Ermənistan tərəfi qeydiyyatdan keçirilsə də, hələ də Ermənistan tərəfindən nümayəndələrin iştirakı barədə məlumat daxil olmayıb”.